Dünya
İran parlamentində rüşvət qalmaqalı: Deputatlara bahalı hədiyyə və avtomobillər verilib

"İranda nazirlər parlamentin etimadsızlıq göstərməməsi üçün deputatlara rüşvət olaraq bahalı hədiyyə və avtomobillər verirlər".
Publika.az “aftabnews”ə istinadən xəbər verir ki, bunu Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərini İran parlamentində təmsil edən Əhməd Əlirzabeygi deyib.
Onun sözlərinə görə, İranın sənaye, mədən və ticarət naziri Seyid Rza Fatimi Əmin etimadsızlıq göstərilməməsi üçün deputatlara 75 ədəd bahalı avtomobil təqdim edib.
Əhməd Əlirzabeygi bildirib ki, bu məsələlərlə bağlı parlament üzvlərinə başqa güzəştlər də edilib.
Deputat parlamentin rəyasət heyətindən bu imtiyazlar və hədiyyələrin səbəblərini araşdırmasını tələb edib.
O söyləyib ki, nazirin istefası ictimai tələbdir.
Qeyd edək ki, növbəti həftə sənaye, mədən və ticarət nazirinin parlamentdə impiçment olunacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Rza Fatimi Əminə etimadsızlıq göstərilməsi baş tutmayıb.

-
Magazin222:45
Cennifer Lopezin burnu zədələndi - Fotolar
-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi