Ölümü ilə beş nəfərin həyatını XİLAS ETDİ
Bizi izləyin

Dünya

Ölümü ilə beş nəfərin həyatını XİLAS ETDİ

Hindistanın Haryana ştatının 45 yaşlı sakini ölümündən sonra orqan donoru olub və beş xəstənin həyatını xilas edib.

Publika.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Randev Yadav aprelin 16-na keçən gecə baş ağrısı, başgicəllənmə və qusma şikayətləri ilə xəstəxanaya gedib. O, subaraknoid qanaxma keçirib - araknoid və pia mater arasındakı boşluğa qanaxma. Həkimlərin səyinə baxmayaraq, kişini xilas etmək mümkün olmayıb və tezliklə onun beyninin öldüyünü elan ediblər.

Yadavin ailəsi ehtiyacı onun orqanlarını digər xəstələrə bağışlamağa qərar verib. Onun ürəyi ürəyin işemik xəstəliyi, damar xəstəlikləri, sol mədəciyin disfunksiyası və hipertoniyası olan 33 yaşlı kişiyə verilib. 2014-cü ildən bəri interstisial ağciyər xəstəliyindən əziyyət çəkən 42 yaşlı qadına ağciyərlər köçürülüb. Yadavın qaraciyəri alkoqolsuz yağlı qaraciyər xəstəliyi diaqnozu qoyulan 63 yaşlı kişiyə bağışlanıb. Mərhumun böyrəklərindən biri 2021-ci ilin avqustundan orqan gözləyən 63 yaşlı kişiyə köçürülüb. Digər böyrək isə son 5 il ərzində dializdə olan 62 yaşlı kişiyə bağışlanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm