Türkiyə bunu da etdi: "Kemankes" təqdim olundu
Bizi izləyin

Dünya

Türkiyə bunu da etdi: "Kemankes" təqdim olundu

Türkiyə PUA-lar üçün kamikadze dron təqdim edib.

Publika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin “Baykar” şirkəti İstanbulda keçirilən “Teknofest” festivalında “Kemankes” döyüş sursatını təqdim edib.

Bildirilir ki, PUA-ların kamikadze pilotsuz uçan aparatı ilə təchiz edilməsi planlaşdırılır.

İstehsalçının sözlərinə görə, çəkisi 30 kiloqram olan dron altı kiloqrama qədər faydalı yük daşıya biləcək. “Kemankes”in uçuş məsafəsi 50 kilometrdən çoxdur, uçuş müddəti isə bir saatdır.

Qanadlarının açıqlığı 1,2 metr olan qurğu süni intellekt prinsipləri əsasında işləyən optik istiqamətləndirmə sistemi ilə təchiz edilib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm