Ukrayna ordusu bu ərazilərə çəkilir - Ruslar "heç nə anlamırıq" deyirlər
Bizi izləyin

Dünya

Ukrayna ordusu bu ərazilərə çəkilir - Ruslar "heç nə anlamırıq" deyirlər

Ukrayna ordusu öz qüvvələrini Nikolayev və Xerson vilayətlərinə yeritməyə başlayıb.

Publika.az “MK.ru”ya istinadən xəbər verir ki, bu barədə Xerson vilayətinin Snigirevski rayonunun rəhbəri Yuri Barbaşov məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bir neçə kolonu Rusiya tərəfindən atəşə tutulub.

Barbaşov vurğulayıb ki, son üç gündə Rusiya aviasiyası Yevgenovka və Bobrovı Kut yaşayış məntəqələri arasında Ukrayna ordusunun ən azı bir kolonunu məhv edib.

Barbaşov onu da əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Krivoy Roq istiqamətində irəli çəkilməsi ilə bağlı məlumatlar var. O, belə hərəkətlərin məqsədini anlamadıqlarını bildirib. Barbaşov qoşunların böyük cəmləşməsinin olduğunu vurğulayıb.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm