Dünya
100-dən çox dünya ulduzu Putindən tələb etdi

100-dən çox dünya ulduzu Rusiya Prezidenti Vladimir Putindən həbsdə olan siyasətçi Aleksey Navalnını azad etməyi tələb edib.
Publika.az xəbər verir ki, aktyorlar Benedikt Kamberbetç və Jude Lou, yazıçılar Coan Roulinq və Conatan Franzen, musiqiçi Tom York, futbolçu Erik Kantona və 100-dən çox dünya ulduzu siyasətçi Aleksey Navalnının həbsdən azad edilməsi tələbi ilə Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış açıq məktub imzalayıblar.
Müraciət “The Economist” nəşrinin saytında dərc olunub.
Onlar məktubda bildiriblər ki, müxalifətçiyə qarşı irəli sürülən ittihamlar heç bir müstəqil hüquqi qurum tərəfindən tanınmayıb, ona verilən işgəncələr isə insanlıqdan kənardır.
Yuxarıda adları çəkilən məşhurlardan başqa məktubu həmçinin prodüser və rejissor Cey Cey Abrams, yazıçı Svetlana Aleksieviç, aktrisa Keyt Flitvud, yazıçılar Nil Qeyman və Mark Levi, aktyor Jan Reno və başqaları imzalayıb.

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə