Çində güclü zəlzələ oldu: Yaralılar var
Bizi izləyin

Dünya

Çində güclü zəlzələ oldu: Yaralılar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) məlumatına görə, zəlzələnin episentri Baoshan əyalətinin Lonqyan qraflığı olub.

Baoshan yerli hökumətindən verilən açıqlamada, zəlzələnin episentrinə yaxın 2800 evin zərər gördüyü, 10 nəfərin isə yüngül xəsarət aldığı qeyd edilib.

Yunnanda baş verən zəlzələdən sonra qonşu Sıçuan əyalətində 4,5 bal gücündə zəlzələ olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm