Britaniya “İslam Dövləti”ni bombaladı
Bizi izləyin

Dünya

Britaniya “İslam Dövləti”ni bombaladı

Böyük Britaniya Hərbi Hava Qüvvələri “İslam Dövləti”nin İraqdakı mövqelərinə ilk aviasiya zərbələrini vurub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə BBC Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən bildirib. Məlumata görə, “İslam Dövləti”nin infrastruktur obyektlərinə iki müvəffəqiyyətli nöqtə zərbəsi endirib.

Xatırladaq ki, Böyük Britaniya parlamenti keçən həftə əməliyyatlarda Hərbi Hava Qüvvələrinin iştirakına razılıq verib.

ABŞ və beş ərəb ölkəsi (Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İordaniya) 23 sentyabr tarixindən başlayaraq Suriya və İraqda “İslam Dövləti”nin mövqelərinə hava zərbələri endirir. İraqda həyata keçirilən əməliyyata isə bir sıra Avropa ölkələri, həmçinin Fransa, Belçika, Danimarka və Niderland qoşulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm