Kütləvi məzarlıqdan 400 cəsəd çıxarılıb
Bizi izləyin

Dünya

Kütləvi məzarlıqdan 400 cəsəd çıxarılıb

Donetskdə kütləvi məzarlıqdan 400 cəsəd çıxarılıb. Publika.az-ın RİA xəbər agentliyinə istinadənverdiyi məlumata görə, tanınmamış cəsədlər hazırda Donetsk şəhər meyitxanasındadır.

ATƏT-in eksperti, latviyalı hüquq müdafiəçisi Eynars Qraudinş bildirib ki, həmin cəsədlər dinc sakinlərin basdırıldığı kütləvi məzarlıqlardan aşkar edilib.

E.Qraudinşin sözlərinə görə, o, Donetsk və Luqansk “xalq respublikaları”nın nümayəndələrinin müşayiəti ilə Avropa Birliyi ölkələrinin səkkiz ekspertindən ibarət qrup tərkibində iki kütləvi məzarlığa baş çəkib. Hüquq müdafiəçisi bildirib ki, cəsədlər torpağın lap üst qatında basdırılıb.

“Görünür, onlar tələsik laraq çüxurlara atılmışdı”, - deyə latviyalı hüquq müdafiəçisi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm