Kiyevdən təslimçi addım: Donetsk aeroportu mübadilə edilir
Bizi izləyin

Dünya

Kiyevdən təslimçi addım: Donetsk aeroportu mübadilə edilir

Donetsk şəhər aeroportunun digər ərazilərlə mübadiləsi haqqında yayılan informasiyalar təsdiqlənib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Donetsk vilayəti dövlət administrasiyasının sədri Sergey Taruta bu barədə danışıqların getdiyini bildirib.

“Donetskə bitişik ərazilərin Donetsk şəhər aeroportu ilə mübadiləsi barədə danışıqlar həqiqətən aparılır. Böyük ərazilərdən söhbət gedir. Təəssüf ki, bu danışıqlarda Novoazovskın mübadiləsi müzakirə edilmir. Şəhər hələ ki işğal altında qalacaq”, - deyə Donetsk vilayət dövlət administrasiyasının sədri vurğulayıb.

Bundan əvvəl isə informasiyalar yayılmışdı ki, Ukrayna ordusu Donetsk aeroportunu 25 avqustda işğal edilmiş Novoazovsk şəhəri ilə mübadiləni etmək istəyir.

Donetsk aeroportuna hazırda Ukrayna ordusu nəzarət edir. Sentyabrın 5-də tərəflər arasında atəşkəs razılaşması imzalamasına baxmayaraq, aeroport uğrunda son günlər ağır döyüşlər gedib. Separatçılar Donetsk aeroportunda mühasirədə qalan Ukrayna hərbçilərini daim atəş altında saxlayır. İki gün əvvəl isə tank atəşi nəticəsində Ukraynanın 7 hərbçisi həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm