Kiyevə ittiham: “Dinc insanları kütləvi məzarlıqlarda Milli Qvardiya basdırıb”
Bizi izləyin

Dünya

Kiyevə ittiham: “Dinc insanları kütləvi məzarlıqlarda Milli Qvardiya basdırıb”

Rusiya Federasiyası İstintaq Komitəsi Donetsk şəhəri yaxınlığında dinc insanların qətlində Ukrayna Milli Qvardiyası və “Sağ sektor”un iştirakı ilə bağlı təkzibolunmaz sübutlara malikdir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

Xatırladaq ki, Donetskdə bir neçə kütləvi məzarlıqdan 400 cəsəd çıxarılıb. Şəxsiyyəti məlum olmayan cəsədlər hazırda Donetsk şəhər meyitxanasındadır.

ATƏT-in eksperti, latviyalı hüquq müdafiəçisi Eynars Qraudinş bildirib ki, həmin cəsədlər dinc sakinlərin basdırıldığı kütləvi məzarlıqlardan aşkar edilib.

E.Qraudinşin sözlərinə görə, o, Donetsk və Luqansk “xalq respublikaları”nın nümayəndələrinin müşayiəti ilə Avropa Birliyi ölkələrinin səkkiz ekspertindən ibarət qrup tərkibində iki kütləvi məzarlığa baş çəkib. Hüquq müdafiəçisi bildirib ki, cəsədlər torpağın lap üst qatında basdırılıb.

“Görünür, onlar tələsik laraq çüxurlara atılmışdı”, - deyə latviyalı hüquq müdafiəçisi vurğulayıb.

Bir müddət isə Rusiya prezidentinin İnsan Haqları üzrə Şurasının rəhbəri Mixail Fedotov dinc insanların qətli üçün beynəlxalq qrup tələb edib.

“Kütləvi qətllər müasir müharibənin reallıqlarıdır. Belə cinayətlər keçmiş Yuqoslaviyanın ərazisində də olurdu”, - deyə o, vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm