Nazirdən Borrellə məsləhət: yenidən oxu
Bizi izləyin

Dünya

Nazirdən Borrellə məsləhət: yenidən oxu

Hindistanın xarici işlər naziri Subramanyam Caişankar, Hindistanın Rusiya neft məhsullarının Avropaya idxalına qarşı çıxmağa çağıran Aİ xarici işlər naziri Cozef Borrellin bəyanatına cavab olaraq, ona Aİ Şurasının müvafiq qətnamələrini oxumağı təklif edib.

Publika.az xəbər verir ki, bu barədə "ANI" məlumat yayıb.

"Aİ Şurasının qərarlarına baxın. Üçüncü ölkədə dərin emaldan keçmiş Rusiya nefti artıq Rusiya hesab edilmir", - hindistanlı nazir avropalı diplomata Şuranın 833/2014 saylı qərarını öyrənməyi təklif edib.

Bundan əvvəl Borrell "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, Aİ Avropada satış üçün Rusiya Federasiyasından nefti emal etdiyi iddia edilən Hindistana qarşı tədbir görməlidir. Onun sözlərinə görə, bu, sanksiyalardan yayınmadır.

Xatırladaq ki, bir sıra ölkələrin Rusiyadan tədarüklərə qarşı tətbiq etdiyi yanacaq sanksiyaları fevralın 5-dən qüvvəyə minib: Avropa İttifaqı Rusiya neft məhsullarının idxalına qadağa qoyub, Aİ və G7 ölkələri isə onlar üçün qiymət tavanı müəyyən edib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm