Rusiya nəşri: “Müharibədə Bakı Moskvaya çox lazımdır”
Bizi izləyin

Dünya

Rusiya nəşri: “Müharibədə Bakı Moskvaya çox lazımdır”

Həştərxanada Xəzər sammiti çərçivəsində Rusiya və Azərbaycan arasında investisiyaların müdafiəsi haqqında əhəmiyyətli razılaşma imzaladı. Sənəd son 14 il boyunca Moskva və Bakı arasında işlənirdi.


Publika.az xəbər verir ki, iqtisadi inkişaf nazirinin keçmiş müavini Oqtay Haqverdiyev bildirib ki, Qərb sanksiyalarına qədər Rusiya Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətində deyildi: “Ölkələr arasında ticarət dövriyyəsi 3 milyard dollara qədər idi. Lakin sanksiyaların tətbiqindən sonra Moskva əməkdaşlığı genişləndirmək istiqamətində işə başladı. Görünür, Azərbaycan rəhbərliyi daha çox Rusiya layihələrinə qoşulmaq istəyir”.


Onun sözlərinə görə, indiyə qədər Azərbaycan maliyyəsi Rusiyanın şimal regionlarının infrastrukturuna yatırılırdı: “Amma bu böyük investisiyalar deyildi. Hər şeylə birlikdə təxminən 1 milyard dollara qədər olardı. Azərbaycanda da təxminən 400 rus şirkəti işləyir ki, bu da əhəmiyyətli göstərici deyil”.

Lakin Aleksey Ulyakayev hesab etmir ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsi sanksiyalara görədir. Onun sözlərinə görə, hər şey əvvəldən hazırlanmış plana əsasən gedir.


Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır ki, iki ölkə arasında bir çox sferada əməkdaşlıq davam edir. Belə ki, sanksiya müharibəsində Bakı Moskvaya çox lazımlıdır. Rusiya iqtisadi-ticarət orbitinə Azərbaycanın cəlb edilməsinə çalışır.

Nəşr onu da qeyd edir ki, Azərbaycan Avrasiya məkanı ilə əməkdaşlığı təbii olaraq baş verəcək. Hansı ki, Bakı Avrasiya İqtisadi İttifaqına qoşulmaq istəmir. Bunun da bir çox səbəbləri var. Lakin ittifaqın əsas qüvvəsi olan Rusiya ilə ikitərəfli əməkdaşlıq gələcəkdə Avrasiya məkanında Azərbaycanın rolunu artıracaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm