Dünya
AB Rusiyanı hədələdi: “Donetsk aeroportu və Mariupol tutularsa...”

Avropa Birliyi (AB) Donetsk şəhər aeroportu və Mariupolun tutulacağı halda Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edə bilər. Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyinə Almaniya hökumətindəki adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirib.
Rəsmi mənbələr xəbər agentliyini bu informasiyasını şərh etməkdən imtina edib. “Bloomberg” hansı əlavə sanksiyalardan söhbət getdiyini yazmayıb. Donetsk şəhər aeroportu separatçıların nəzarətində olan vilayət mərkəzindən fərqli olaraq hazırda Ukrayna hərbçilərinin nəzarəti altındaddır. Aeroport uğrunda aparılan şiddətli döyüşlər 5 sentyabrda Minskdə əldə olunan atəşkəs razılaşmasından sonra da davam edir.
Ukrayna antiterror əməliyyatları mərkəzinin mətbuat katibi Vladislav Seleznyov Ukrayna ordusunun aeroport ərazisində yerləşən mövqelərinin dünən separatçılar tərəfindən bir neçə dəfə minaatanlar və “Qrad”lardan atəşə tutulduğunu deyib. Onun sözlərinə görə, separatçılar atıcı silahların genişmiqyaslı tətbiqi ilə aeroporta hücumu davam etdirirlər.
“İnterfaks” xəbər agentliyinə açıqlamasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nforrmasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko Ukrayna ordusunun ötən gecə separatçıların Donetsk aeroportuna hücumunu dəf etdiyini söyləyib. Onun sözlərinə görə, döyüş zamanı separatçılardan yeddi nəfər öldürülüb, bundan daha çoxu isə yaralanıb. Ukrayna Milli Təhlükəsuizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi aeroportun hər iki terminalının Ukrayna hərbçilərinin nəzarəti altında olduğunu vuğulayıb.
Separatçılar da rəsmi atəşkəs razılaşmasına baxmayaraq, aeroportu tutmaq niyyətini gizlətmirlər.
“Donetsk Xalq Respublikası” separatçı qurumun "baş nazir"i Aleksandr Zaxarçenko jurnalistlərə açıqlamasında bildirib ki, həftənin sonuna kimi Donetsk aeroportunu tamamilə ələ keçirəcəklər. “İki, maksimum üç gün Donetsk aeroportu bizim nəzarətimizə keçəcək”, - deyə A.Zaxarçenko vurğulayıb.
Ömər Dağlı

-
Avropa22:14
Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum: 12 nəfər xəsarət aldı
-
Magazin121:49
O mükafatın Kann Film Festivalı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur! - Röya Ayxanla bağlı QALMAQAL
-
Rəsmi xronika20:40
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ
-
Region20:20
Türkiyədə dəhşətli PARTLAYIŞ: ölən və yaralanan var - FOTOLAR
-
Magazin120:10
Xalq artisti həbs etdirdiyi keçmiş həyat yoldaşı haqda: "Mənə dəfələrlə bıçaq vurub"
-
Kriminal19:55
Harutyunyan məhkəmədə dövlət ittihamçılarının suallarını cavablandırdı
-
Nida Xəbər 18:50
Bunu alqışlayıram - Paşinyandan Azərbaycanla bağlı paylaşım
-
MDB18:30
Türkiyədən Rusiyaya qayıdan təyyarə fəlakət siqnalı verdi