İŞİD-çilər Türkiyə sərhədində maşınları oğurladı -VİDEO
Bizi izləyin

Dünya

İŞİD-çilər Türkiyə sərhədində maşınları oğurladı -VİDEO

Terror təşkilatının işğal etdiyi Kobanidən Türkiyəyə sığınan qaçqınların sərhəddə gözləyən avtomobillərinin İŞİD yaraqlıları tərəfindən oğurlanması kameraya çəkilib.

Publika.az “haberler”ə istinadən xəbər verir ki, Suriyanın Kobani şəhərində İŞİD hücumlarından Türkiyənin Şanlıurfa şəhərinə sığınan kürd qaçqınlar özləri ilə avtomobil, motosiklet və əkin-biçin işlərində istifadə edilən vasitələrini də gətirib. Qaçqınlar qeydiyyatdan keçəndən sonra ölkəyə daxil ola bilirlər. Amma qaçqınlar bu vasitələrə icazə verilənə qədər sərhədə yaxın neytral zonada gözləyiblər.

Şüşələrini qırdılar

Bölgədə postda dayanan Türkiyə əsgərinə və sərhəd keçid məntəqəsinə əhəmiyyət verməyən İŞİD yaraqlılarının qaçqınların maşınlarını oğurlaması “İxlas” xəbər agentliyinin operatoru tərəfindən lentə alınb. Sərhədə yaxın yerdə baş verən bu hadisədə yaraqlılar şüşələri qıraraq maşınları oğurlayıblar.

Türkiyə tanklarını veclərinə almadılar

Sərhədin o biri tayındakı kəndlilər isə sərhədə yaxınlaşaraq oğurluğu canlı-canlı izləyiblər. Yaraqlılar sərhəd xəttinə gələn Türkiyə tanklarını veclərinə almadan oğurluğa davam ediblər.

Kobanidən Türkiyəyə sığınan bir qaçqın belə deyib: “Maşınlarımızı Türkiyəyə əmanət etdik. Ancaq hamının gözü qarşısında yaraqlılar onları oğurlayır. Bizim və mallarımızın təhlükəsizliyini təmin etməyəcəklərsə, geri qaytarsınlar”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm