Lukaşenkodan Ukrayna ilə bağlı təklif
Bizi izləyin

Dünya

Lukaşenkodan Ukrayna ilə bağlı təklif

Belarus Ukraynanın Donbas hövzəsinə sülhməramlılarını göndərməyə hazırdır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko “Euronews” telekanalına müsahibəsində bildirib.

“Əgər Rusiya Qərbə, Qərb də Rusiyaya inanmırsa, mən öz silahlı qüvvələrimdən istifadə edərdim”, - deyə Lukaşenko vurğulayıb.

Eyni zamanda əsgərlərinin həyatları ilə risk etmək istəmədiyini deyən Belarus prezidenti, Belarus sülhməramlılarının Donbas hövzəsinə göndərilməsi üçün münaqişənin bütün tərəflərinin bu ideyanı dəstəkləməli olduğunu qeyd edib. A.Lukaşenko bu təklifi çoxdan səsləndirdiyini, lakin bütün tərəflərdən rədd cavabı aldığını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm