Fransa İsraildən Şərqi Yerusəlimi tərk etməyi tələb etdi
Bizi izləyin

Dünya

Fransa İsraildən Şərqi Yerusəlimi tərk etməyi tələb etdi

Fransa hakimiyyəti işğal edilmiş Fələstin ərazilərində 2610 evin tikintisi ilə bağlı İsrailin yeni planından narahatlığını bildirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Qeyd edək ki, söhbət Şərqi Qüds ərazisində yeni qəsəbənin tikilməsindən gedir. Bu isə “iki dövlətli” sülh konsepsiyası və sülh danışıqlarına uyğun deyil.

“Biz İsrail hakimiyyətini bu qərarı təkrar gözdən keçirməyə çağırırıq", - deyə Fransa xarici siyasət idarəsinin bəyanatında deyilir.

Xatırladaq ki, İsrail və Fələstin arasındakı sərhədlərin 1967-ci ildə baş verən “altıgünlük müharibə”dən öncəki sərhədlərlə müəyyənləşdirilməsini tələb edir. Fələstinlilər İordanın çayının Qərb sahilində öz dövlətini yaratmaq, Şərqi Qüdsü isə bu dövlətin paytaxtı etmək istəyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm