Donetskdə Qırmızı Xaçın əməkdaşı öldürüldü
Bizi izləyin

Dünya

Donetskdə Qırmızı Xaçın əməkdaşı öldürüldü

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, İsveçrə vətəndaşı Loran Etenn bu gün Donetsk şəhərinin mərkəzində artilleriya atəşi nəticəsində həlak olub.

Publika.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumun mətbuat xidmətindən bildirilib.

Beynəlxalq təşkilatın 38 yaşlı nümayəndəsinin cibində onun pasportu aşkar edilib. Missiya rəhbərinin müavini olan Etenn ölməsini Beynəlxalq Qırmızı Xaç Komitəsi də təsdiqləyib.

Məlumata görə, bu gün Donetsk şəhəri “Uraqan” reaktiv yaylım atəş sistemlərindən atəşə tutulub. Atəş nəticəsində çoxmərtəbəli yaşayış evləri, xəstəxana və ticarət mərkəzinə ziyan dəydiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm