Zelenski Ərdoğanla bu məsələni müzakirə etdi
Bizi izləyin

Dünya

Zelenski Ərdoğanla bu məsələni müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Danışıq zamanı Rusiya-Ukrayna müharibəsində baş verənlər və regional məsələlər də müzakirə edilib.

Publika.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrqasiyası məlumat yayıb.

"Əminəm ki, gələcək əməkdaşlığımız bütün səviyyələrdə xalqımıza və beynəlxalq sabitliyə daha çox fayda gətirə biləcək. Regionumuzun və bütün Avropanın təhlükəsizliyi, dünyanın ərzaq təhlükəsizliyi, beynəlxalq hüququn fundamental normalarının qorunması gördüyümüz işlərdir, biz bunu birlikdə edirik və edəcəyik!”, - Zelenski bildirib.

Qeyd edilir ki, Niderlandın Baş naziri Mark Rutte də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Rutte seçkinin nəticələrinin Türkiyə xalqı üçün xeyirli olmasını arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm