İngilislərdən Ankaraya: “Hədəf İŞİD, yoxsa kürdlər?”
Bizi izləyin

Dünya

İngilislərdən Ankaraya: “Hədəf İŞİD, yoxsa kürdlər?”

Türkiyə Böyük Millət Məclisində (TBMM) Suriya və İraqla bağlı qəbul edilən və bu ölkələrə əsgər göndərməsinə icazə verən qərar dünya mətbuatının diqqət mərkəzindədir. Qərar heç də birmənalı şərh olunmur.

Publika.az-ın verdiyi xəbərə görə, İngiltərənin “Economist” jurnalı bugünkü sayında kürdlərin sıx yaşadığı Suriyanın şimalındakı hadisələrin “kürd məsələsi”nin həllinə necə təsir edə biləcəyi barədə suala cavab tapmaq istəyib.

“Economist” hesab edir ki, İŞİD terror təşkilatının Kobaniyə hücum “kürd məsələsi”nin daha prioritet məsələ halına gətirib. Suriya prezidenti Bəşər Əsədin digər bölgələrdəki müxalifət qruplarla mübarizəsini asanlaşdırmaq üçün suriyalı kürdləri PYD-yə təhvil verdiyini xatırladan ingilis jurnalı PYD və onun silahlı qanadı YPG-nin (Xalq Müdafiə Bölmələri) PKK ilə yaxın əlaqələrinin olduğunu bildirir.

“PKK-nın liderlərindən olan Cəmil Bayık Türkiyənin İŞİD döyüşçülərinə dəstək olduğunu, suriyalı kürdlərin muxtariyyətini əzmək istədiyini söyləyir. Türkiyə isə bu iddiaları rədd edir. Türkiyə sərhədində başqa bir kürd subyektinin meydana gəlməsindən böyük narahatlıq keçiriri. Türkiyənin artıq ən böyük regional müttəfiqi və ticarət ortağı olan İraq Kürdüstanının əksinə, kürd dilində Rojava kimi tanınan Suriyadakı kürd bölgəsi Türkiyənin ən böyük düşməni PKK-in nəzarətindədir”, - deyə “Economist” jurnalı yazır.

“Hər halda, Türkiyə təhlükəsizliyini Suriyaya müdaxilə etmək üçün bir bəhanə olaraq istifadə edə bilər. Amma hələ bir sual var: əsas hədəfi İŞİD, yoxsa kürdlərmi olacaq?”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm