Dünya
Sabiq prezidentə hökm oxundu: "Çirkli pulları" yuyurmuş

Braziliyanın keçmiş prezidenti korrupsiyaya görə 9 ilə yaxın həbs cəzası alıb.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, Braziliyanın sabiq prezidenti Fernando Kollor Di Melu korrupsiya və "çirkli pullar"ın yuyulmasında ittiham olunaraq 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Ölkənin 73 yaşlı eks-lideri "Petrobras" dövlət neft şirkətinin törəmə müəssisəsindən təxminən 30 milyon real (təqribən 6 milyon dollar) dəyərində rüşvət almaqda təqsirli bilinib. Di Melunun vəkilləri onun təqsirsiz olduğunu bildirir və bəraət alacağına əmindirlər. Müdafiə tərəfi artıq iki apelyasiya şikayəti verib.
Qeyd edək ki, Fernando Kollor Di Melu 1990-1992-ci illərdə Braziliya prezidenti olub. Parlamentin ona qarşı impiçment qərarından sonra istefa verib.
Mehti Kamiloğlu

-
Qarabağ 17:48
Tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO
-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb