Rza Zərrab: "Məni burada saxlasanız, bildiklərimi danışacağam"
Bizi izləyin

Dünya

Rza Zərrab: "Məni burada saxlasanız, bildiklərimi danışacağam"

Türkiyədə ana müxalifət olan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideriKemal Kılıçdaroğlu bu gün səhər saatlarında kimsənin gözləmədiyi açıqlama ilə çıxış edib.

Milli.Az AHT-yə istinadən bildirir ki, ötən ilin dekabrın 17-də həbs olunan azərbaycanlı milyarder, əslən Güney Azərbaycandan olan Rza Zərrab barədə danışarkən K.Kılıçdaroğlu deyib: "Orada, həbsxanada saxlanan İran əsilli Rza Zərrab var. Ona deyirlər ki, "səni buraxacağıq, sən danışma". Çünki Rza Zərrab "Məni burada saxlasanız, danışacağam, bildiklərimi deyəcəyəm", - söyləyib.

Rza Zərrab xəbər yollayıb. Dediyinə görə, onun danışmasını istəmirlər. Rza Zərrabı bir müddət sonra buraxacaqlar. Hələlik onun əmlakına qoyulmuş həbs və müsadirə qərarları ləğv olunur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm