Rusiya Mariupolu osetinlərlə almaq istəyir
Bizi izləyin

Dünya

Rusiya Mariupolu osetinlərlə almaq istəyir

Rusiya Federasiyası Mariupol şəhərinin ətrafına zirehli texnika, ağır artilleriya və şəxsi heyət toplayır.

Publika.az-ın “RBK-Ukrayna” xəbər saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, Mariupol ərtafına gətirilən hərbi güc Şimali Osetiyada yerləşən kəşfiyyat briqadasıdır.

“Söhbət Rusiya Silahlı Qüvvələrinin Şimali Osetiyada yerləşən 100-cü kəşfiyyat briqadasının hərbi qulluqçularından gedir. Bundan başqa Ukrayna kəşfiyyatı Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi texnikasının Mariupol istiqamətində hərəkətini qeydə alıb. Bu texnika daha əvvəl Rusiya ordusunun Rostov vilayətində idi”, - deyə A.Lısenko vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm