Dünya
ABŞ SEPAH-a qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ SEPAH üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Publika.az xəbər verir ki, ABŞ cümə axşamı günü İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və onun xarici əməliyyatlar bölməsi olan Qüds Qüvvələrinin üzvlərinə, həmçinin, ona bağlı qüvvələrə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton onları keçmiş ABŞ hökumət rəsmilərini və "Molla rejimi"nə qarşı çıxanları, o cümlədən jurnalistləri hədəf alan terror planlarında iştirak etməkdə ittiham edib. Bu barədə ”Amerikanın Səsi" məlumat yayıb.
ABŞ Xəzinədarlıq Departamenti bildirib ki, aksiya İran və Türkiyədə yerləşən üç şəxsi, Qüdslə əlaqəli bir şirkət və İİKK kəşfiyyat təşkilatının iki yüksək vəzifəli rəsmisini hədəf alıb.
Bu, ABŞ rəsmilərinə və iranlı müxaliflərə qarşı hücumlarda ittiham olunan SEPAH-çılara qarşı ABŞ sanksiyalarının son siyahısıdır. 2021-ci ildə də Xəzinədarlıq Departamenti iranlı tənqidçi və Amerikanın Səsinin fars aparıcısı Məsih Əlinejadı qaçırmağa cəhddə suçlu bilərək, iranlı əməliyyatçılara qarşı sanksiyalar tətbiq edib.
Yeni sanksiyalar nəticəsində ABŞ-ın yurisdiksiyasına tabe olan beş fiziki şəxsin və şirkətin bütün əmlakı bloklanıb.
-
Sosial21:48
Bu gün şəhid olan hərbçimizin FOTOLARI
-
Sosial21:36
Sumqayıtda toy YASA ÇEVRİLDİ - VİDEO
-
Magazin221:24
"Dünyanın ən gözəl müsəlman qadını" o seçildi - VİDEO
-
Qarabağ 20:48
Ağdərədən yeni görüntülər yayıldı - VİDEO
-
Sosial20:30
Qənirə Paşayevanın məzarı - FOTO
-
Avto20:24
"Apple"in iddialı layihəsi DALANA DİRƏNDİ
-
Sosial19:48
Artıq nisyə mal ala bilməyəcəyik? - ARAŞDIRMA
-
İdman19:18
Ayxan Abbasovdan ETİRAF: "Təzyiqin qarşısında tab gətirə bilmirdik"