Dünya
20 ölkənin kəşfiyyatçıları arasında gizli GÖRÜŞ
Sinqapurda 20-yə yaxın ölkənin yüksək rütbəli kəşfiyyat rəsmilərinin məxfi toplantısı keçirilib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Görüşdə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes, Hindistan Kəşfiyyatının Tədqiqat və Təhlil Direktoru Samant Goel və digərləri iştirak edib. ABŞ-la gərginliyə baxmayaraq, iclasda Çinin də nümayəndəsi olub, lakin Rusiya Federasiyası görüşdə təmsil olunmayıb.
Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik forumuna paralel olaraq keçirilən görüşdə Ukraynanın da iştirak etmədiyi bildirilir.
Agentliyin mənbələri deyir ki, bu cür görüşlər tərəflərin niyyətlərini və can atdıqları nəticələri anlamağa kömək edir. Mənbələr bildiriblər ki, görüşlər uzun illərdir Sinqapur tərəfindən təşkil olunur, lakin əvvəllər bu barədə məlumat verilməyib.
ABŞ-ın Sinqapurdakı səfirliyi hadisə ilə bağlı məlumatı olmadığını bildirib. Çin və Hindistan hökumətləri açıqlama verməkdən imtina edib.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı