İŞİD İngiltərə vətəndaşını edam etdi - VİDEO
Bizi izləyin

Dünya

İŞİD İngiltərə vətəndaşını edam etdi - VİDEO

Suriyaya humanitar missiya üçün göndərilən İngiltərə vətəndaşı Alan Henninq İŞİD terrorçuları tərəfindən başı kəsilərək edam edilib.

Publika.az xəbər verir ki, edam səhnəsini əks etdirən video görüntü internetdə yayılıqdan sonra İngiltərənin Xarici İşlər Nazirliyi videonun orjinallığı barədə araşdırmalara başlandığını deyib.

İŞİD bundan əvvəl Amerikalı jurnalist James Foley və Steven Sotloffu da eyni qayda ilə edam edib.

Qeyd edək ki, İngiltərə keçən həftədən etibarən koalisiya qüvvələri tərkibində İŞİD-lə mübarizəyə qoşulub. Dünən İngiltərə baş naziri David Kameron Cənubi Kiprdəki hərbi bazaya gələrək əməliyyatlarda istifadə olunan Tornado reaktiv təyyarələrinə baxış keçirərək onların sayının artırılmasına qərar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm