"PKK və ya İŞİD fərqi yoxdur"
Bizi izləyin

Dünya

"PKK və ya İŞİD fərqi yoxdur"

Türkiyə üçün PKK terror qruplaşması ilə “İraq-Şam İslam Dövləti” (İŞİD) təşkilatı arasında fərq yoxdur.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda İŞİD Kobanidə hökmranlıq edir, ancaq təşkilatın sabah başqa şəhərlərə hücum etməyəcəyinə heç kim zəmanət vermir:

“Hazırda Kobanidə olan təşkilat sabah bəlkə Hasekidə, o biri gün Artvində və daha başqa yerlərdə ola bilər. Türkiyə Cümhuriyyəti olaraq, biz öz tədbirlərimizi görəcəyik və təhlükəsizlik məsələlərini maksimum həddə çatdıracayıq.”

Ərdoğan qeyd edib ki, bununla bağlı həm milli, həm də beynəlxalq səviyyədə mübarizəmizi davam etdirəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm