Dünya
650 il əvvəl batan əfsanəvi şəhər tapıldı
.jpg?v1702115022)
Alman tədqiqatçıları orta əsrlərə aid Runqolt şəhərinin yerini aşkar ediblər.
Publika.az xəbər verir ki, rəvayətə görə, şəhər əhalinin günahları ucbatından 1362-ci ildə bir gecədə fırtınadan sonra batıb.
Qutenberq Universitetinin saytı xəbər verir ki, mütəxəssislər Şimal dənizinin sahilyanı rayonlarının alman sularının xəritəsini tərtib ediblər. Sonra bir sıra müasir üsullar tətbiq edilib. Nəhayət, dənizin dibindən torpaq nümunələri götürülərək tədqiq edilib.
Bundan sonra Südfall adasının yaxınlığında orta əsrlərə aid terplər silsiləsi, yəni yaşayış məntəqələrinin süni kurqanları aşkar edilib.
Arxeoloqlar dənizin dərinliklərində drenaj sistemləri şəbəkəsi, bənd və bir neçə kiçik kilsə də daxil olmaqla başqa binaların qalıqlarını tapıblar. Mütəxəssislər belə qənaətə gəliblər ki, bunlar həqiqətən də orta əsr Runqolt şəhərinin qalıqlarıdır.
Aydan

-
Sosial13:33
Tapdıq Əliyev nazir müavini təyin edildi
-
Qoroskop12:58
2024-cü ilin ulduz falı: Bu bürclər karyerasında BÖYÜK UĞURLAR QAZANACAQ
-
MDB12:28
Putin bunu etsə Stalini keçəcək
-
Rəsmi xronika12:00
Azərbaycanın bu ölkədəki səfiri geri çağırıldı
-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI