Moskva rus hərbçilərin Donbasda olduğunu təsdiqlədi
Bizi izləyin

Dünya

Moskva rus hərbçilərin Donbasda olduğunu təsdiqlədi

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey Kelin Rusiya hərbçilərinin Donbaş hövzəsində olması faktını təsdiqləyib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, diplomat rus hərbçilərinin atəşkəs rejiminə əməl olunmasını təmin etdiyini bildirib.

Onun sözlərinə görə, Rusiyanın Donbas hövzəsində 80 hərbçisi var. A.Kelin bildirib ki, hərbçilər Ukrayna Baş Qərargahın dəvəti ilə gəlib və ATƏT-in müşahidəçiləri ilə koordinasiya olunmuş şəkildə işləyirlər.

Ukrayna, həmçinin Qərb isə Donbas hövsəzində Rusiyanın minlərlə hərbçisinin olduğunu iddia edir. Hətta bəzi iddialara görə, Rusiya xeyli hərbçisini Ukraynadan geri çəksə də, ölkənin şərqində qalan rus hərbçilərinin sayı 10 mindən yuxarıdır.

Kelin təhlükəsizlik zonasının bir çox hissəsində, həmçinin bufer zona adlanan hissədə döyüş əməliyyatların davam etdiyini deyib. O, "isti" nöqtələrdən birinin Donetsk aeroportu olduğunu bildirib.

Bu gün belə bir informasiya yayılıb ki, Almaniya ATƏT-in missiyası və pilotsuz təyyarələrin müdafiəsi üçün 200 hərbi qulluqçusunu Ukraynaya göndərəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm