Ukrayna ordusu yeni silahlar alır
Bizi izləyin

Dünya

Ukrayna ordusu yeni silahlar alır

Ukraynanın Silahlı Qüvvələri idarə sistemləri və avtomatlaşdırılmış yüksək dəqiqlikli silahlar alacaq.

Publika.az-ın unina.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna müdafiə naziri Valeri Qeletey bildirib.

“Biz yaxın vaxtlarda silahlı qüvvələrimizi yenidən təchiz etməliyik. Biz artıq çox yüksək dəqiqlikli silahlar və hərbi texnika almışıq. Hansı ki, bu silah və hərbi texnika bizdə əvvəllər yox idi”, - deyə Zaporojyedə müdafiə-sənaye müəssisələrinə baş çəkən müdafiə naziri bildirib.

V.Qeletey 14 sentyabrda bildirmişdi ki, NATO-nun Uels sammitdə əldə olunan razılıqlar çərçivəsində ittifaq ölkələri Ukraynaya silahları çatdırmağa başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm