Edamdan dərhal sonra “İŞİD-i bitirəcəyik” açıqlaması
Bizi izləyin

Dünya

Edamdan dərhal sonra “İŞİD-i bitirəcəyik” açıqlaması

İngiltərə baş naziri Devid Kameron ingilis girov Alan Henningin İŞİD terror qruplaşması tərəfindən edam edilməsi ilə bağlı görüntülərin yayılmasından sonra çox sərt açıqlama verib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Kameron Henningin qatillərini tapmaq üçün bütün imkanları səfərbər edəcəklərini bildirib.

D.Kameron Henningin edam görüntülərinin ortaya çıxmasından dərhal sonra Müdafiə Nazirliyi və İngiltərə Kəşfiyyat Xidməti MI5-in də olduğu kəşfiyyat orqanları ilə toplantı keçirib. İŞİD-i “barbar və iyrənc” bir təşkilat olaraq xarakterizə edən baş nazir terror təşkilatını bitirəcəyinə söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm