Ukraynalı kəşfiyyatçılardan separatçılara ağır zərbə
Bizi izləyin

Dünya

Ukraynalı kəşfiyyatçılardan separatçılara ağır zərbə

Ukrayna kəşfiyyatçıları Krasnaya Luça qəsəbəsi yaxınlığında separatçıların hərbi texnika kolonunu zərərsizləşdirib.

Publika.az-ın informator.lg.ua saytına istinadən verdiyi məlumata görə, hərbi kolonun tərkibində 13 tank, 3 zirehli transportyor (BTR), 8 “Qrad” reaktiv yaylım atəş sistemi, 6 “T-30” topu və 5 benzindaşıyan maşın olub. Ukrayna Silahlı Qüvvələrdəki mənbənin məlumatına görə, zirehli texnikanın məhv edilməsi üçün diversiya-kəşfiyyat qrupu göndərilib.

Döyüş nəticəsində düşmənin texnikasının təxminən 10 vahidi məhv edilib. Ukrayna kəşfiyyat qrupunun tapşırıqı itkisiz yerinə yetirdiyi deyilir.

Ehtimal olunur ki, hərbi texnika kolonu Donetsk aeroportuna hücum üçün `göndərilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm