4 polis öldürüldü
Bizi izləyin

Dünya

4 polis öldürüldü

Çeçenistan Pespublikasının paytaxtı Qroznıda terror aktı törədilib. Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Hadisə nəticəsində dörd polis həlak olub. Mülki vətəndaşlar arasında itkilərlə bağlı informasiya yoxdur. Bu gün həmçinin İsayev prospektində yerləşən dəmiryol vağzalı ərazisində partlayış törədilib.

Qeyd edək ki bu gün axşam Qroznıda şəhər günü ilə əlaqədar olaraq konsert olmalı idi. Partlayışlara görə, proqram ləğv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm