Rusiyada vətəndaşların silahdan istifadə hüququ genişləndirilir
Bizi izləyin

Dünya

Rusiyada vətəndaşların silahdan istifadə hüququ genişləndirilir

Rusiyada vətəndaşların özünümüdafiə zamanı silahdan istifadə hüququnun genişləndirilməsi təklif olunur.

Trend-in bazar ertəsi Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, müvafiq qanun layihəsini Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) deputatı İqor Lebedev hazırlayıb.

İ.Lebedevin Dövlət Dumasına təqdim edəcəyi qanun layihəsi ölkə qanunvericiliyində "Mənim evim - mənim qəsrim" konsepsiyasının tətbiqini nəzərdə tutur.

Konsepsiyaya əsasən, vətəndaşın evini, ailəsini və özünü silahla qorumasına görə cəza verilməməlidir.

Qeyd edək ki, Rusiya Cinayət Məcəlləsinə əsasən, özünümüdafiə məqsədilə hücum edən şəxsin cəzalandırılmaması nəzərdə tutulmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm