AKP-li millət vəkilini daşa basdılar - VİDEO
Bizi izləyin

Dünya

AKP-li millət vəkilini daşa basdılar - VİDEO

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Van millət vəkili Burhan Kayatürk vilayətin Çaldıarn mahalında vətəndaşların hücumuna məruz qalıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Qurban bayramı ilə bağlı keçirilən mərasimdə millət vəkilinə hücum edənlər Barış və Demokratik Partiyasının (BDP) tərəfdarları olub.

İŞİD-in Rojava və Kobanidə törətdiyi qırğınların davam etdiyini söyləyən BDP-lilər B.Kayatürk və digər AKP-lilərin üzərinə daş atmağa başlayıb. Artan gərginlik AKP-lilərin mahaldan ayrılması ilə sona çatıb. Jurnalistlərə danışan Kayatürk qarşılaşdıqları hadisənin onlar üçün ilk olmadığını bildirib.

“Daha əvvəllər də BDP-lilərin bu cür hörmətsiz və ədəbsiz hərəkətlərinin şahidi olmuşuq. Bu gün də yalan və böhtanla dolu şüarlarla bizə hücum etdilər”, - deyə millət vəkili söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm