Türkiyənin İŞİD planı dəqiqləşdi - DETALLAR
Bizi izləyin

Dünya

Türkiyənin İŞİD planı dəqiqləşdi - DETALLAR

Türkiyə İŞİD terror təşkilatından gələn təhdidə qarşı həyata keçirəcəyi planını dəqiqləşdirib.

Publika.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın həm Əsədə, həm də İŞİD-ə qarşı döyüşən Suriya müxalifətini dəstəkləmək üçün gündəmə gətirdiyi “təlim-təchiz” düsturunun detalları bəlli olub.

“Sabah”ın xəbərinə görə, Suriya torpaqlarında qurulacaq etibarlı bölgələrdə tətbiq olunacaq düstur yalnız mülayim müxalifəti əhatə edəcək. Düstura görə müxaliflətə hərbi təlim veriləcək və onlar hərbi vasitələrlə təchiz olunacaq. Milli İstibharat Təşkilatının (MİT) bölgədəki fəaliyyətinin fasiləsiz davam etdirdiyini bildirən Ərdoğan Suriya müxalifətinə də tam dəstək verilməsinin vacib olduğu mesajını vermişdi. Ərdoğanın gündəmə gətirdiyi “təlim-təchiz” düsturu ilə bu strategiyanın həyata keçirilməsi planlaşdırılır.

“Təlim-təchiz” düsturu PKK və onun qollarını əhatə etməyəcək. Bölgədə həm İŞİD-ə, həm də Əsəd rejiminə qarşı türkmənlərin də döyüşdüyünü xatırladan hərbi mənbələr Türkiyənin verəcəyi hərbi təlim və təçhizatda türkmənlərinm də yer alacağını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm