Hərbi ekspert: “Rusiya missiyanın tərkibindən çıxarılmalıdır”
Bizi izləyin

Dünya

Hərbi ekspert: “Rusiya missiyanın tərkibindən çıxarılmalıdır”

Ukrayna tərəfi ATƏT-in monitorinq missiyasının tərkibinə yenidən baxılmasına nail olmalıdır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Kanal 5”in efirində bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın monitorinq missiyasının tərkibindən çıxarılmasına nail olmalıdır. Hərbi ekspert tərkibində Rusiyanın olduğu bir missiyanın obyektivliyindən danışmağın qeyri-mümkün olduğunu deyib.

“Yaranmış vəziyyəti pat adlandırmaq olar. Məsələ ondadır ki, prosesə BMT-ni qoşmaq üçün BMT Təhlükəsizlik Şurasının mandatı lazımdır. Burada isə Rusiya veto hüququna malikdir. Düşünürəm ki, hansısa formada ATƏT-in monitorinq missiyasını yenidən formalaşdırmaq olar. Rusiya tərəf olduğu üçün Rusiyanın bu missiyada iştirak etməməsi üçün təkid etməliyik”, - deyə D.Tımçuk qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm