Kobani aksiyalarına görə Bozqurdlara müraciət olundu
Bizi izləyin

Dünya

Kobani aksiyalarına görə Bozqurdlara müraciət olundu

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Kobani aksiyaları ilə bağlı Bozqurdlara müraciət edib.

Publika.az xəbər verir ki, MHP İstanbul təşkilatının sədri Bülent Karataş İstanbulda Kobani bəhanəsilə keçirilən aksiyalarda partiyalarının ofisinə hücum edilməsi və yandırılması ilə bağlı məlumatları təkzib edib. O, öz Tvitter hesabında bunları təxribat adlandıraraq Bozqurdlardan təmkinli olmağı, təxribalara uymamağı xahiş edib.

Qeyd edək ki, bu gün İstanbulda keçirilən aksiya zamanı milliyyətçi gənclərdən biri təkbaşına yüzlərlə PKK-lının qarşısını kəsərək onlardan türkcə danışmağı və "kürdüstan" şüarını səsləndirməməyi tələb edib. Polis qarşıdurma yaranmasın deyə gənci hadisə yerindən uzaqlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm