“Hansı Kürdüstan?” – QƏZƏB
Bizi izləyin

Dünya

“Hansı Kürdüstan?” – QƏZƏB

İŞİD-in Kobaniyə hücumlarına Elazığda etiraz edən qrupla vətəndaş arasında gərginlik baş verib. Etirazçı qruplaşmanın qarşısında dayanan bir vətəndaş “Hansı Kürdüstan?” deyə qışqırıb.

Publika.az “Haberler.com”a istinadən xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatının Kobanini işğal etməsinə etiraz olaraq dünən günorta saatlarında Türkiyənin bir çox bölgəsində başlanan gərginlik hələ də davam etməkdədir. Günorta saatlarında İstanbul və Ankara başda olmaqla bir çox şəhərdə mitinqlər təşkil edilib. Bunlardan biri də Elazığ şəhəridir. Belə ki, Elazığda da İŞİD-in Kobaniyə hücum etdiyinə görə bir qrup yürüş təşkil edib.

Yürüşdən bir maraqlı an isə iştirakçıların “Kürdüstan” deyə şüar səsələndirməsi olub. Bundan sonra bir nəfər “Hansı Kürdüstan” deyə sərt reaksiya göstərdiyi üçün polis tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm