Türkiyə ilə görüşdük - Kobanidə hərəkətə keçirik
Bizi izləyin

Dünya

Türkiyə ilə görüşdük - Kobanidə hərəkətə keçirik

"Türkiə ilə müzakirə apardıq - Kobanidə İŞİD-ə qarşı hərəkətə keçirik". Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla Fransa Xarici İşlər Naziri Laurent Fabius çıxış edib.


"Kobanidə İŞİD-in qarşısı alınmalıdı. Bu məsələ ilə bağlı Türkiyə ilə lazımı müzakirələri aparmışıq. Artıq mən həmkarım Mövlud Çavuşoğlu ilə danışmışam. Bu gün isə Olland Ərdoğanla bu məsələni müzakirə edəcək".


Kobanidə İŞİD-ə qarşı mübarizəyə başlamaq üçün ABŞ-da təmasların davam etdiyini deyən fransalı diplomat İŞİD-ə qarşı vuruşan qruplaşmalara da dəstək verəcəklərini açıqlayıblar.


Laurent Fabius eyni zamanda Suriyanın şimalına da aviazərbələrin davam etdiriləcəyini deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm