Kiyev Krıma Suriyadakı müsəlman döyüşçüləri gətirir
Bizi izləyin

Dünya

Kiyev Krıma Suriyadakı müsəlman döyüşçüləri gətirir

Ukrayna Suriya və İraqda döyüşən müsəlmanları Krımda istifadə edəcək.

Axar.az xəbər verir ki, bu iddianı “Nezavisimaya qazeta” irəli sürüb. Qəzet müsəlman döyüşçülərdən istifadənin əsas məqsədinin Krımda qeyri-sabitlik yaratmaqdan ibarət olduğunu bildirib:

“Suriya və İraqdan gəlmiş döyüşçülər Ukrayna Təhlükəsizlik İdarəsi tərəfindən hazırlanır. Onlar Krımda bir neçə obyektdə terror aksiyası törədəcəklər ki, bunlar sırasında da əsas hissəni həyati əhəmiyyətli obyektlər təşkil edəcək. Hazırda müsəlmanlar üçün iki təlim bazası var. Bunlardan biri Müsəlman Mədəniyyət Mərkəzi vasitəsiylə edilir. Bu təlim bazası Dnepropetrovsk vilayətində yerləşir. Həmin təlim bazasını regionun rəhbəri olan İqor Kolomoyskinin müavinləri Boris Treyqerman və Boris Filatov idarə edir. İkinci əsas baza isə Qeniçesk yaxınlığında yerləşir. Burada həmçinin sürgündəki Tatar Məclisinin qərargahı məskunlaşıb. Məclis liderləri ilə Kolomoyski Krımın azad edilməsi üçün bir müddət öncə güclərini birləşdirmək haqqında memorandum imzalayıblar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm