Davudoğlu sərt danışdı
Bizi izləyin

Dünya

Davudoğlu sərt danışdı

Türkiyənin baş naziri Əhməd Davudoğlu Təhlükəsizlik Şurasının toplantısından sonra mətbuata açıqlama verib.

Publika.az xəbər verir ki, baş nazir Kobani hadisələrindən istifadə edərək Türkiyədə aranı qarışdırmaq istəyən qruplara sərt mesajlar göndərib:

“Hər kəs bilməlidir ki, biz bu dövləti və hüquq sistemini heç bir şeyə fəda etmərik. İğtişaş törətmək istəyənlər bilməlidirlər ki, özləri də çətinliyə düşəndə sığınacaqları yer Türkiyənin kölgəsi olacaq” - deyə Əhməd Davudoğlu bildirib.

Əhməd Davudoğlu bildirib ki, Türkiyə bütün vətəndaşlarının hüquqlarını qoruyur. Kobanidəkilərin hüquqlarını qoruyan yeganə dövlət də Türkiyədi.

“Amma vaxtilə kimyəvi silah istifadə edilməsinə səssiz qalanlar bu gün Kobani hadisələrini Türkiyənin həll etməli olduğu haqda fikirlər formalaşdırırlar. Bütün bu baş verənlərin məsuliyyətini BMT Təhlükəsizlik Şurası və 5 daimi üzvü daşıyır”, - deyə Davudoğlu əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm