Müxalifətçi baş nazir ola bilər, əgər…
Bizi izləyin

Dünya

Müxalifətçi baş nazir ola bilər, əgər…

Ukrayna prezidenti Viktor Yanukoviç 25 Yanvar tarixində A. Yasenyuka baş nazir, UDAR Partiyasının lideri Vitali Kliçkoya isə baş nazirin humanitar məsələlər üzrə müavini vəzifələrini təklif edib. A. Yasenyuk təklifdən imtina edib.

“2004-cü il Konstitusiyasına qayıdış və Nazirlər Kabinetinin müxalifət nümayəndələrindən formalaşdırılacağı halda hökumətə başçılıq etməyə hazıram”.Publika.Az –ın verdiyi xəbərə görə, bu sözləri Ukrayna Ali Radasındakı “Batkivşina” parlament fraksiyasının lideri Arseniy Yasenyuk Almaniyanın “Deutsche Welle” qəzetinə müsahibəsində söyləyib.

"Biz ölkə üçün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq. Biz hökumətə başçılıq etməyə o şərtlə hazırıq ki, hökumətin bütün tərkibi müxalifət nümayəndələrindən təşkil olunsun. Əminik ki, müxalifət ölkəni idarə edə biləcək. Çox təhlükəli vəziyyət yaranıb. Amma söhbət mənim siyasi taleyimdən getmir. Mən ölkəni xilas etmək üşün reytinqi itirməyə hazıram”, - müxalifət lideri söyləyib.

Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yanukoviç 25 Yanvar tarixində A. Yasenyuka baş nazir, UDAR Partiyasının lideri Vitali Kliçkoya isə baş nazirin humanitar məsələlər üzrə müavini vəzifələrini təklif edib. A. Yasenyuk təklifdən imtina edib. V. Kliçko da Nazirlər Kabinetinin yeni tərkibində özünü görmədiyini bildirib.

Yanvarın 28-ində isə Ukraynanın baş naziri Nikolay Azarov istefa verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm