Dünya
İŞİD tərəfində vuruşan 80 kanadalı barəsində istintaq gedir
Kanadanın hüquq-mühafizə orqanları Suriya və İraqda terrorçular tərəfdə vuruşan 80 nəfər barəsində həbs tədbiri seçə bilər.
Publika.az “Reuters" agentliyinə istinadən xəbər verir ki, 2014-cü ilin əvvəlindən 150 Kanada vətəndaşının İŞİD qruplaşmasına qoşulması haqda məlumatlar var. Onlardan bir çoxu geriyə, Kanadaya qayıdıb. Kanadanın Milli Təhlükəsizlik Nazirliyi bəyan edib ki, şübhəlilər barəsində istintaq gedir.
Qurumun başçısı Stiven Bleyni deyib ki, belə adamlar cəmiyyət üçün təhlükəlidir. Onlar mütləq həbsxanaya göndərilməlidir.
Qeyd edək ki, Kanada ABŞ-la birgə İŞİD-ə qarşı koalisiyada iştirak etməyə razılıq verib. Quru əməliyyatlarında iştirak etməsə də, hava hücumlarına dəstək verəcək. Məhz bu qərardan sonra İŞİD-ə qoşulan Kanada vətəndaşları ilə bağlı məsələ gündəmə gəlib.
İlqar
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye