Avropa Parlamenti Ukrayna ilə bağlı sərt qətnamə qəbul etdi
Bizi izləyin

Dünya

Avropa Parlamenti Ukrayna ilə bağlı sərt qətnamə qəbul etdi

Avropa Parlemanetindən olan deputatalar onu da bəyan edirlər ki, aksiya iştirakçılarına qarşı zor tətbiqi və yaxud ölkədə fövqəladə vəziyyət tətbiq etmək cinayət hərəkəti hesab olunacaq və bu hərəkət beynəlxalq aləmin ciddi addımlar atmasına hüquqi əsas y

Avropa Parlamenti bugünkü iclasında Ukraynadakı siyasi durumla bağlı qətmanə qəbul edib.Publika.Az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qətnamədə Avropa İttifaqına üzv ölkələrinə Maydanda aksiya işitrakçıların qarşı zor tətbiq etdiklərinə və dinc sakinləri qətlə yetirməkdə təqsirli bilinən ukryanalı məmurlara, millət vəkillərinə, oliqarxlara qarşı sanksiyalar tətbiqi ilə bağlı çağırış yer alıb.

Sənəddə qeyd olunur ki, iki aydan artıqdır Ukrayna xalqı hakimiyyətə qarşı aramsız etiraz aksiyaları keçirir və bu narazılıq o həddə çatıb ki, artıq bölgələrdə xalq yerli hakimiyyət orqanlarını öz nəzarətinə götürür. Yaranmış durumdan öz ciddi narahatçılıqlarını ifadə edən avropalı parlamentarilər bildirir ki, beynəlxalq aləmin təzyiqlərinə baxmayaraq, Ukrayna hakimiyyəti aksiya iştirakçılarına qarşı repressiya, təzyiq və işgəncə siyasətini davam etdirməkdədir.

Avropa Parlemanetindən olan deputatalar onu da bəyan edirlər ki, aksiya iştirakçılarına qarşı zor tətbiqi və yaxud ölkədə fövqəladə vəziyyət tətbiq etmək cinayət hərəkəti hesab olunacaq və bu hərəkət beynəlxalq aləmin ciddi addımlar atmasına hüquqi əsas yaradacaq.

Sənəddə Ukrayna xalqına dəstək nümayiş etdirilməklə yanaşı səbrli və təmkinli olmağa, eyni zamanda yaranmış vəziyyətdən dinc danışıqlar yolu ilə həllinə üstünlük vermək kimi çağırışlar da öz əksini tapıb

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm