Dünya
Astanadan Minsk sammiti öncəsi Putini sevindirən xəbər
.jpg?v1750401643)
Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə təsdiqləyib.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sənəd imzalanmaq üçün dövlət başçısına göndəriləcək.
“Avrasiya İqtisadi İttifaqı çox əhəmiyyətli layihədir. İttifaq üç böyük dövlətin əməkdaşlığını, yeni iş yerlərinin açılmasını, inteqrasiyanı və iqtisadi inkişaf üçün investisiyaların cəlb edilməsini nəzərdə tutur. Ən vacibi isə odur ki, layihənin reallaşdırılması üç dövlətin vətəndaşlarının rifahının yüksəlməsinə imkan yaradır”, - deyə Senat sədri Kasım-Jomarta Tokaeva bildirib.
Senat sənədi, demək olar ki, yekdilliklə qəbul edib. Senatorlardan 44-ü sənədin lehinə səs verib, 1-i isə bitərəf qalıb.
Qazaxıstan parlamentinin aşağı palatası oktyabrın 1-də Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqaviləni təsdiqləyib. Oktyabrın 4-də isə Rusiya prezidenti Vladimir Putin müqaviləni Rusiya Dövlət Duması və Federasiya Şurasından keçdikdən sonra imzalayıb.
Xatırladaq ki, Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko bu il mayın 29-da Qazaxıstanın Astana şəhərində Avrasiya İqtisadi İttifaqının yaradılması haqda müqaviləni imzalayıblar. Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.
Oktyabrın 10-da Minskdə Avrasiya İttifaqının sammiti keçiriləcək. Sammitdə Ermənistanın bu təşkilata üzv olması ətrafında məsələlər müzakirə olunacaq.
Ömər Dağlı

-
Yaxın Şərq10:00
ABŞ kəşfiyyatı məlumat yaydı: Xameneinin öldürülməsi planı…
-
Avropa09:54
Amerikalı rejissorun dəhşətli əməli: Rus qadını və körpəsini bu ölkədə vəhşicəsinə öldürdü
-
Nida Xəbər 09:12
Milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Bakıda hakim qarşısında
-
Magazin106:16
Renka efirdə onun üçün göz yaşı tökdü - VİDEO
-
Region03:43
İran İsrail telekanalına hücum planlarını AÇIQLADI
-
Nida Xəbər 03:13
"İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək" - VİDEO
-
Qoroskop00:00
Gününü ULDUZ FALI - Hər nədirsə, onu bu gün seçin
-
Hadisə19 İyun 23:36
Bakıda çoxmərtəbəli yaşayış binasında GÜCLÜ YANĞIN - YENİLƏNDİ