Rusiya Donetsk aeroportu üçün 40 avtobus muzdlu göndərdi
Bizi izləyin

Dünya

Rusiya Donetsk aeroportu üçün 40 avtobus muzdlu göndərdi

“İzvarino” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ukraynanın Donbas hövzəsinə Rusiyadan içində döyüşçülərin olduğu 40 avtobus keçib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook" səhifəsində yazıb.

Hərbi ekspertin sözlərinə görə, bu, son iki gün ərzində baş verib. D.Tımçuk həmçinin qeyd edib ki, Ukraynaya göndərilən muzdlular ilk olaraq, Rusiya Silahlı Qüvvələrinin Rostov vilayətində yerləşən təlim-tədriz mərkəzində hazırlıq kursu keçib.

D.Tımçuk Ukraynaya keçirilən muzdlular və silahların dərhal Donetsk aeroportu ətrafına göndərildiyini qeyd edib.

“Rusiyadan yola salınan döyüş sursatları dərhal Donetsk aeroportu zonasındakı hərbi əməliyyatlara cəlb olunur. Buraya minaatanlar, artilleriya və reaktiv raketlər daxildir”, - deyə D.Tımçuk bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm