Poroşenko və Putin “Normandiya formatı”ında görüşə bilər
Bizi izləyin

Dünya

Poroşenko və Putin “Normandiya formatı”ında görüşə bilər

Ukrayna prezidenti Pyotr Poroşenko gələn həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Prezidentlərin İtaliyanın Milan şəhərində keçiriləcək “Asiya-Avropa” (ASEM) sammitində görüşü mümkündür. Y.Uşakovun sözlərinə görə, görüşün “Normandiya formatı”nda keçirilməsi planlaşdırılır. Bu formatda Rusiya və Ukrayna prezidentlərindən başqa Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland təmsil olunub.

“Gələn həftə ASEM sammitində Rusiya Federasiyası prezidentinin Qərb partnyorları ilə bir sıra görüşləri planlaşdırılır. Bu görüşlərdə Ukrayna mövzusu əsas olacaq”, - deyə Putinin köməkçi qeyd edib.

Ukrayna prezident administrasiyası rəhbərinin müavini Valeriy Çalıy da İtaliyada “Normandiya formatı”ında görüşün keçiriləcəyini istisna etməyib. O, həmçinin əlavə edib ki, Ukrayna böhranı daha genişləndirilmiş formatda müzakirə oluna bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm