İŞİD Bağdadı qan gölünə çevirdi
Bizi izləyin

Dünya

İŞİD Bağdadı qan gölünə çevirdi

İraqın paytaxtı Bağdadın müxtəlif bölgələrinə 2 amansız hücum təşkil edilib.

Axar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, paytaxta təşkil edilən hücumda 12 nəfər ölüb, 34 nəfər yaralanıb.

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Bağdadın şərqində yerləşən Əs-Sadr şəhərindəki yanacaqdoldurma məntəqəsini yaxınlığında bomba yüklü avtomobillə təşkil edilən hücumda 11 nəfər ölüb, 28 nəfər yaralanıb.

Bağdadın mərkəzində yerləşən əs-Sadun prospektində təşkil edilən növbəti hücumda isə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hücumları İŞİD terror təşkilatı öz üzərinə götürüb. İŞİD tərəfdarları Feysbuk sosial şəbəkəsində açıqlama verərək hücumları təşkil edən yaraqlını şəhid olaraq qiymətləndiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm