Dünya
Serqey Şoyqudan bioloji və kimyəvi silah xəbərdarlığı
“Yaxın Şərqdəki hadisələr bioloji və kimyəvi silahların tətbiqinə gətirib çıxara bilər”.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, belə bir xəbərdarlıqla Suriya və İraqdakı vəziyyəti şərh edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu çıxış edib.
Rusiya Müdafiə Nazirliyində keçirilən müşavirədə çıxış edən S.Şoyqu bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr qorxunc faciələrin səbəbi ola bilər: “Bundan isə bütün dünya zərər çəkəcək. Münaqişənin getdikcə şiddətlənməsi kimyəvi və bioloji silahların tətbiqini labüd edir. İndiki şərtlərlə bu silahların tətbiqi təhlükəsi aradan qalxmayıb”.
2013-cü ildə Dəməşq yaxınlığında minlərlə insanın ölümünə səbəb olan kimyəvi silahdan istifadəni xatırladan Rusiya müdafiə naziri qeyd edib ki, bu hadisə az qala Suriyada NATO əməliyyatları üçün səbəb olacaqdı:
“Ancaq Suriyanın kimyəvi silahının məhv edilməsi ilə bağlı Rusiyanın prinsipial mövqeyi sayəsində bundan qaçmaq mümkün oldu. Daha sonra isə BMT-nin ekspertləri müəyyən etdilər ki, kimyəvi silah hücumunun Suriya müxalifəti təşkil edib”.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!