Putin haqqında mahnı oxuyan 100 azarkeş həbs olundu – VİDEO
Bizi izləyin

Dünya

Putin haqqında mahnı oxuyan 100 azarkeş həbs olundu – VİDEO

Belarus Dövlət Təhlükəsizlik Komitəsi Rusiya prezidenti Valdimir Putin haqqında mahnı oxuyan 100-dən çox azarkeşi saxlayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, hadisə “Borisov-Arena” stadionunda keçirilən Belarus-Ukrayna futbol matçında baş verib.

Məlumata görə, hər iki komandanın bəzi azarkeşləri Rusiyanın Belarusdakı səfirliyin verdiyi siyahılar əsasında stadiona buraxılmayıb. Lakin bu da antirusiya şüarlarının qarşısını ala bilməyib. Ukrayna və Belarus futbol komandasının azarkeşləri “Şöhrət Ukraynaya!” və “Yaşasın Belarus” kimi şüarlar səsləndiriblər. Bundan sonra isə onlar Rusiya prezidenti haqqında qeyri-etik mahnını birgə oxumağa başlayıblar.

Nəticədə 100-dən çox insan saxlanılıb. Onların çoxu Ukrayna vətəndaşlarıdır. Bu gün onların məhkəmə qarşısına çıxarılacağı barədə Ukrayna səfirliyi xəbərdarlıq edilib. Onların cərimələr və deportasiya ilə, ən ağır halda 15 günlük həbslə cəzalandırılacağı gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm